"Ərim romantik deyil" - Aytəkin+fotolar

"Ərim romantik deyil" -  Aytəkin+fotolar
5372 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün “Xəzər” telekanalının aparıcısı Aytəkin Mərdanovanın ad günüdür.

31 yaşını qeyd edən aparıcı təəssüratlarını Axşam.az-la bölüşüb.

O bildirib ki, ilk təbriki həyat yoldaşından alıb:

“Hər il ilk təbriki və hədiyyəni həyat yoldaşımdan alıram. Amma sürpriz etməyi sevmir. 9 ildir ailəliyik, hələ ondan heç bir sürpriz görməmişəm. Həmişə bir yerdə qeyd edir, harasa gedirik. Nəsə hədiyyə edəndə isə soruşur, “Nə lazımdır, alım”. İstəyərdim xəbərim olmadan nəsə alsın. Romantik insan deyil”.

A.Mərdanova özəl günündə özünə olan arzuları da dilə gətirib:

“Özümə can sağlığı arzulayıram. Allaha dua edirəm ki, əzizlərimi həmişə yanımda etsin. Şanslı insanam, nəsə arzulayıramsa, reallaşır. Özəl günümü qeyd etməyi sevmirəm. Yadıma gələcək, təmtəraqlı ad günü etməmişəm. Yenə də ailəmlə olacağam. İstəsəm təmtəraqlı məclis edib, şou əhlini ətrafıma yığa bilərəm. Amma bunlar mənlik deyil.

Heç arzusunda olduğum bir hədiyyədə yoxdur. Çünki ürəyim nəyi istəyirsə, özümə alıram”.

Aparıcı ad günündə həssaslaşdığını da gizlətməyib:

“Yaş artdıqca adam pis olur. 31 yaşımı qeyd edirəm. Artıq 40-a nə qalıb? Keçmişlə yaşayan insan olmadığım üçün irəli gedirəm. Fikir etmirəm, Allahın verdiyi yaxşı, pis nə varsa, qəbul edirəm. Gələcəyə baxıb, irəlidə məni nə gözlədiyini düşünürəm. Çox pis oluram, 31 yaşımı başa vurdum. Zaman necə tez keçir. Allahıma min şükür ki, 31 yaşıma qədər həyatda bacardığım qədər arzularımı reallaşdırmağa çalışmışam. Yaxşı ailəm, iki övladım, karyeram var. Az-çox tanınmış biriyəm. Çox insanların edə bilməyəcəyini bacarmışam".