"Rus qızları sənə sevgi və ehtirası öyrədər" - Bred Pitə təklif

"Rus qızları sənə sevgi və ehtirası öyrədər" - Bred Pitə təklif
8914 dəfə oxunub
  • A-
  • A
  • A+
İntim həyat haqda səsləndirdiyi fikirləri ilə mübahisələr yaradan terapevt Aleks Lesli aktyor Bred Pitə maraqlı təklif edib.

Axşam.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, o, Ancelina Colidən boşanma ərəfəsində olan ulduza "Sənə hərəmxanamdan ən yaxşı 7 kənizi verə bilərəm, rus qızları ilə ehtirası yenidən kəşf et" mesajı göndərib.

"Brangelina" cütlüyünün ayrılmasından sonra bir video hazırlayan Lesli "Salam, Bred. Mən Marsa gedirəm və sevgililərimi burada qoymaq məcburiyyətindəyəm. Bu mövzuda ancaq sənə güvənə bilərəm" deyib.

O, rus qadınlarının aktyora yenidən sevgini və ehtirası öyrədə biləcəyini vurğulayıb.

Qeyd edək ki, A.Lesli Rusiyanın "Playboy"u sayılır və onun bir neçə qadınla birgə yaşadığı deyilir.