İlham Əliyev Sumqayıtda açılışda - fotolar

İlham Əliyev Sumqayıtda açılışda -  fotolar
1024 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Axşam.az xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Məlumat verilib ki, mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb.

Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.