Castin Biberi döymək istədilər

Castin Biberi döymək istədilər
3011 dəfə oxunub
  • A-
  • A
  • A+

Konsert vermək üçün Almaniyanın Münxen şəhərinə gedən kanadalı müğənni Castin Biber gecə əyləncəsinə də çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı müğənni gecə klubunda çox içki içib və sərxoş olub.

Klubda bilinməyən səbəbdən ifaçı ilə başqa bir müştəri arasında mübahisə düşüb. Həmin şəxs Biberi döymək istəyib. Lakin bir qız onu oğlanın əlindən xilas edərək çölə çıxarıb.

Qeyd edək ki, gənc müğənni tez-tez qalmaqalları ilə gündəmə düşür.