İşın Karacanın keçmiş əri məhkəməyə verildi

İşın Karacanın keçmiş əri məhkəməyə verildi
2332 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İşın Karacanın keçmiş həyat yoldaşı Sedat Doğan fotoqraf dostu Ali İhsan Haykır tərəfindən məhkəməyə verilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna S.Doğanın dostundan bir neçə günlük aldığı fotoaparat, linz və noutbuku qaytarmaması səbəb olub.

Məlumata görə, Ali Haykır dəfələrlə Sedata zəng vursa da, onunla əlaqə saxlaya bilməyib. O, Sedatın xarici ölkəyə getməyə hazırlandığını öyərəndikdə məhkəməyə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.

İşın Karaca sosial mediada məsələyə münasibət bildirib. İfaçı yazıb ki, adının hələ də S.Doğanla birlikdə çəkilməsi onu narahat edir və qızının böyüyəndə bu tip xəbərlərlə qarşılaşmasını istəmir.

Qeyd edək ki, İşın Karacanın 2011-ci ildə evlənib 2013-cü ildə boşandığı S.Doğandan 1 qızı var.