Acundan gözlənilməz qərar

Acundan gözlənilməz qərar
8455 dəfə oxunub
  • A-
  • A
  • A+

“TV 8” kanalını aldıqdan sonra bir çox verilişlə reytinq qıran aparıcı Acun Ilıcalının idman kanalı açmaq istədiyi iddia edilib.

Axşam.az Haberler-ə istinadən xəbər verir ki, hazırda “TV 8”də sadəcə Amerikanın Milli Basketbol Liqasının (NBA) və futbol üzrə Türkiyə millisinin matçlarını yayımlanır.

İdman həvəskarı olduğu bilinən Acunun bununla kifayətlənmək istəmədiyi və idman kanalı açmaq niyyətində olduğu bildirilir.

Bütün layihələrini "TV 8"də edəcəyi düşünülən Acun haqqındakı bu iddia, bir çoxları tərəfindən gözlənilməz qərar kimi dəyərləndirilib.

Məsələ ilə bağlı A.Ilıcalı tərəfindən hələlik heç bir münasibət bildirilməyib.