Murad və Aslı yeni evə köçdülər: "Narahat edirdilər"

Murad və Aslı yeni evə köçdülər: "Narahat edirdilər"
4062 dəfə oxunub
  • A-
  • A
  • A+
Sevgililər Murad Boz və Aslı Enver yeni evə köçüblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar Yeniköydə yaşadıqları evin yanındakı məktəbin şagirdləri tərəfindən narahat edildikləri üçün belə qərar veriblər. Müğənni bu dəfə Kuruçeşmedə dord mərtəbəli villanın iki mərtəbəsini kirayəyə götürüb. Aylıq 6 min dollar kirayəsi olan evi 15 gün əvvəl tutan sevgililər interyerin dizaynı ilə məşğuldurlar.

Yeni evində usta ilə müzakirə apararkən fotoları çəkilən aktrisa A.Enver paparassiləri görərək həyəcanlanıb. O, "Nə olar, çəkməyin. O biri evi narahat edirdilər deyə boşaltdıq. Yeni yerimizi öyrənməsinlər. Bu qərarımıza hörmət etsəniz, sevinərəm" deyib.