Hadisə və Muradın sevgili olma xəbərinə açıqlama

Hadisə və Muradın sevgili olma xəbərinə açıqlama
8850 dəfə oxunub
  • A-
  • A
  • A+

Telekanal rəhbəri Acun İlıcalının qızının toyuna tək gedən, üstəlik səhnəyə çıxaraq Hadisə ilə duet oxuyan Murad Bozun sevgilisi Aslı Enverdən ayrıldığı iddia edilmişdi.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Muradın həmkarı Hadisə ilə yenidən yaxınlaşması onların sevgi yaşadıqları xəbərinin yayılmasına səbəb olub.

Bunun ardından Murad, Hadisə və Aslının fanatları sosial mediada mübahisə və müzakirələr açıblar.

Mövzuyla bağlı gözlənilən açıqlama isə gecikməyib. Murad və Aslı Tvitter hesablarından fanatlarına səsləniblər. A.Enver "Hər şeyə inanmayın. Dostluqdan gözəl şey var?" yazarkən M.Boz da bənzər fikirləri qeyd edib:

"Yazılanlara inanmayın, ayrıca heç kim mənə necə yaşamağım və ya davranmağım haqda əmr verə bilməz. Hadisə mənim dostumdur və siz bunu çox yaxşı bilirsiniz".