"Anamızdan istifadə edirlər" - Rozanın uşaqları

"Anamızdan istifadə edirlər" -  Rozanın uşaqları
3437 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Roza Zərgərlinin övladları anaları haqda danışıblar.

Axşam.az xəbər verir ki, oğlu Corc anasının ürəyi açıq olduğunu deyib:

"Anam ən çox mənimlə maraqlanır. Ailənin ən böyük uşağı mənəm. Bizə nəsihət verir ki, kimləsə dostluq etməyək. Amma özü çox insanlarla dostluq edir. Ürəyi açıqdır. Hamıya yardım əlini uzadır. Onunla ən çox mübahisəm də bunun üstündə olur".

Bənövşə isə anasıyla rəfiqə olduğunu bildirib:

"Biz çox yaxınıq. Ana-qız münasibətində deyilik. Ola bilər ki, o, mənlə, ya da mən onla məsləhətləşim. Ürəyi çox təmizdir. Kiməsə pislik arzulamır. İstərdim ki, xasiyyəti dəyişsin. İnsanlara tez inanır. İnsanlar da ondan istifadə edirlər".