Bu ilin 15 gözlənilməz ayrılığı - siyahı+fotolar

Bu ilin 15 gözlənilməz ayrılığı - siyahı+fotolar
3038 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il şou dünyasında bir neçə məşhur cütlük arasında ayrılıq yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, son illər ərzində ən qalmaqallı boşanmalar, gözlənilməz ayrılıqlar məhz 2016-cı ildə baş verib.

Hollivudun ideal ailəsi sayılan Ancelina Coli və Bred Pitin boşanma qərarlarını açıqlaması isə bu ilə damğasını vurub.



Aktyor Conni Depp və aktrisa Ember Herd ilin ən qalmaqallı boşanmasına imza atıb. 15 aylıq evlilik həyatı sürən cütlük hələ də məhkəmələrlə işlərini yekunlaşdıra bilmirlər. Ember aktyoru ona zorakılıq tətbiq etməkdə ittiham edir.



Müğənni Cennifer Lopez isə 47 yaşını qeyd etdikdən bir neçə gün sonra sevgilisi Kasper Smartdan ayrılıb. Bir neçə il əvvəl ona xəyanət edən Kasperi bağışlayan Cey Lonun ayrılıq qərarı gözlənilməz olub. Onun son zamanlar keçmiş nişanlısı Ben Affleklə yenidən münasibət qurduğu iddia edilir.



Müğənni Ledi Qaqanın aktyor nişanlısı Teylor Kinni ilə ayrılması da hər kəsi təəccübləndirmişdi. Toya hazırlaşan cütlüyün qarşılıqlı razılıq əsasında boşanmasından sonra ifaçının depressiyaya düşdüyü deyilir.



Hollivudun daha bir uzunömürlü ailəsi - aktyor Coşua Cekson və aktrisa Diana Kryuqer də bu il ayrılıb. 10 il ailəli olan cütlüyün ayrılmasına səbəb Diananın başqa həmkarı ilə görüşməsi göstərilir.



Müğənni Teylor Svift bu il ərzində əvvəl sevgilisi Kelvin Harrislə, daha sonra isə qısa müddətli münasibət yaşadığı aktyor Tom Hiddlstondan ayrılıb.





Futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin böyük oğulları Bruklin bu il Xloe Mordeç adlı qızla sevgili olaraq şou mediasının diqqətini çəkmişdi. Lakin xoşbəxt görünən cütlüyün qəflətən ayrılması hər kəsi təəccübləndirib.



Bir neçə gün əvvəl 11 il birgə yaşayan aktyor Liv Şrayber və aktrisa Naomi Uotts rəsmi açıqlamaya yayaraq ayrıldıqlarını elan ediblər.



Kristen Danst və Qarret Hedlundun ayrılmasına səbəb isə aktrisanın "Farqo" serialındakı tərəf müqabili Cessi Plemons ilə yaxınlaşması olub.



Dryu Berrimor və Uill Kopelman



Enn-Mari Daff və Ceyms MakEvoy



Adriana Lima və Co Tomas



Demi Lovato və Uilmer Valderaama



Nino Dobrev və Ostin Stouell