"Bred Pit öldü" xəbəri yayıldı - diqqətli olun!

"Bred Pit öldü" xəbəri yayıldı - diqqətli olun!
3668 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coli ilə boşanma prosesində olan aktyor Bred Pitlə bağlı viruslu xəbər yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hakerlər hazırda insanların marağını nəzər alaraq "Bred Pit öldü" başlıqlı linklər yayıblar.

Lakin linkə daxil olduğunuz an şəxsi məlumatlarınız ələ keçirilə bilər. Əgər bu xəbər rastınıza çıxıbsa və ona daxil olmusunuzsa, o zaman istifadə etdiyiniz sosial şəbəkənin şifrəsini dəyişin.