Nurlananın ən böyük arzusu gerçəkləşir - fotolar

Nurlananın ən böyük arzusu gerçəkləşir -  fotolar
7185 dəfə oxunub
  • A-
  • A
  • A+
“Radioda məzuniyyətə getmişdim, bu günlərdə qayıtdım. Yeni layihəm olmalıdır”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı, dicey Nurlana Cəfərova deyib.

O bildirib ki, yeni bir peşə ilə məşğul olacaq:

“İş sahəmi dəyişməyi planlaşdırıram. Televiziya və radiodan uzaqlaşacağam. 11 ildir bu sahədə çalışıram, eyni işlə məşğul olmaqdan yoruldum. Yaxşı təklif almışam, onu dəyərləndirməyi düşünürəm”.
N.Cəfərova Madridə gedəcəyini deyib:

“Ötən il ad günümdə özümə söz verdim ki, gələn il Madridə gedib, "Real-Madrid" futbol klubunun oyununu "Santyaqo Bernabeu" stadionunda izləyəcəyəm. Bir neçə günə yola düşürəm. Ən böyük arzumu gerçəkləşdirəcəm. Gedib oyuna can-fəşanlıqla baxacam. Əsl azarkeşlik edəcəm. Düzdür evdə narazıçılıq etdilər ki, qız tək xaricə gedir, olmaz. Amma onları yola gətirə bildim".

N.Cəfərova səyahətə tək getməyi sevdiyini deyib:

“Tək səyahəti sevirəm. İnsan azad olur, istədiyi yerləri rahat gəzir. Kimləsə gedəndə planlara uymaq olmur. Səfərdən gələndən sonra həyatımın ən böyük qərarını verəcəm”.

Aparıcı yeni rol aldığı "Kişi sözü" serialından da bəhs edib:

“Kişi sözü”nün çəkilişləri davam edir. Tərəf müqabillərim Cavid Gül, Afaq Gəncəli, Aydan Axundovadır. Oktyabrın 8-dən ATV-də efirə gedəcək”.

Foto: Ramin ASLANOV