"Onun üçün önəmli olan mənim gözəl görünməyimdi"

 "Onun üçün önəmli olan mənim gözəl görünməyimdi"
13521 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlovun həyat yoldaşı Xanımın Ailem.az-a müsahibəsi:
 
- Biz Emili çox sakit və yolagedən biri kimi tanıyırıq. Bəs Emil Bədəlov ailədə necə bir insandı?
 
- Çox yaxşı. Diqqətcil, qayğıkeş, mehriban..
 
- Adətən kişilər önəmli günləri unudurlar.
 
- Yox, o, unutmur. Hətta mən unuda bilərəm, amma o yox.
 
- Tarzən Firuz Əliyevin qızı və müğənni Emil Bədəlovun həyat yoldaşı Xanım... Musiqi artıq sənin həyatının bir parçasına çevrilib. Bunu ailədə nə dərəcədə hiss etdirə bilirsən?
 
- Mən onun evdəki prodüseriyəm. Əslində özünün prodüseri var. Amma mahnılarının sözlərini yazıram, müəyyən mahnıların seçimində kömək edirəm.
 
- Siz ona dəstəksiniz. Bəs o necə? Evdə sizə kömək edir?
 
- Hərdən. Çünki çox vaxt  yatır. Həm də o, deyir ki, kişinin öz işi olmalıdı, qadının öz işi. Necə deyərlər, malı mala qatmaq olmaz.
 
- Emilin qız dostlarını tanıyırsan? Və ya onların varlığı hansısa problemlərə səbəb olur?
 
- Emilin həddən çox qız dostu var. İnstagramda, Facebookda xüsusi ilə çoxdu. Amma bu, mənim üçün problem deyil. Çünki Emil onların kimliyini məndən gizlətmir. Hətta çox vaxt onların yazdığı mesajları birgə oxuyub cavablandırırıq.
 
- Emilin telefonunda parol var?
 
- Heç vaxt.. Parol olsa, vəssalam, artıq nəsə var deməkdir. Amma nə yalan deyim, Facebook parolunu bilmirəm. Sözün düzü soruşmamışam. Çünki düşünürəm ki, bu, düzgün olmaz.
 
- Geyiminizə müdaxilə edir?
 
- Geyimlə bağlı heç bir qadağa yoxdu. Onun üçün önəmli olan mənim gözəl görünməyimdi, yetər ki, mən gözəl görünüm.
 
- Problemsiz ailə olmur. Yəqin cuzi də olsa problem yaşanır. Sirr deyilsə, əsasən nəylə bağlı mübahisə edirsiniz? 
 
- Gülməli olsa da, deyəcəm. Bizdə yeganə problem köynəyin “varatnik”i ilə bağlı olur. Çünki yaxşı ütüləyə bilmirəm. Hər dəfə buna görə mübahisə edirik. Amma nə yalan deyim, bu məsələdə hələ də onun istədiyi kimi ola bilməmişəm.