Yevlaxda maraqlı toy - video + fotolar

Yevlaxda maraqlı toy - video + fotolar
72791 dəfə oxunub
  • A-
  • A
  • A+

Yevlaxda eşitmə və danışma imkanları məhdud olan iki gənc ailə qurub.

Axşam.az ARB Aran-a istinadən xəbər verir ki, əslən Salyan rayonundan olan Muxtarov Muxtar və Babayeva Leyla bir neçə ay bundan öncə tanış olublar.

Bəyin anası deyib ki, qızı bəyənərək oğluna məsləhət görüb:

“Qızı mən gördüm və bəyəndim. Sonra da oğluma məsləhət gördüm. Oğlumun da xoşu gəldi və izdivac da baş tutdu”.

Bəyin atası isə hələ də baş verənləri təəccüblə qarşılayır:

“Danışmağa söz tapa bilmirəm. Çox həyəcanlıyam”.