“Ərdoğan”a Hollivuddan təklif - video + fotolar

“Ərdoğan”a Hollivuddan təklif - video + fotolar
2955 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən “Rəis” filmi 14 oktyabrda təqdim ediləcək.

Axşam.az Haberler-ə istinadən xəbər verir ki, filmdə Ərdoğanın gəncliyini aktyor Reha Bəyoğlu canlandırıb.

Aktyor deyib ki, prezidentlə şəxsən görüşmək fürsəti də tapıb:

“Ramazan ayında iftar məclisinə dəvət edilmişdim. Ərdoğanla qısa söhbətimiz oldu. Məni görəndə “Bir anlıq gəncliyimi xatırladım” dedi. Bu məni çox qürurlandırdı”.

R.Bəyoğlu filmin treyleri yayımlandıqdan sonra Hollivuddan iki təklif aldığını da söyləyib.