“Yetenek Sizsiniz Türkiye”nin qalibi məlum oldu

“Yetenek Sizsiniz Türkiye”nin qalibi məlum oldu
4071 dəfə oxunub
  • A-
  • A
  • A+

“TV 8” kanalında yayımlanan “Yetenek Sizsiniz Türkiye” yarışmasının daha bir mövsümü başa çatıb.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, aylardır davam edən təsnifat mərhələləri nəticəsində 34 namizəd yarımfinala vəsiqə qazanmışdı.

Dünən efirə gedən yarımfinal mərhələsində zalda əyləşən tamaşaçıların seçimi ilə 11 namizəd finala yüksəlmişdi.

Final günündə tamaşaçılardan ən çox səs toplayan “Hayatın Ritmini Yakala” ritm qrupu çempion olub.