“5-ci element” qayıdır - Rüfət getdi

“5-ci element” qayıdır -  Rüfət getdi
2001 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “5-ci element” verilişinin yeni mövsüm tanıtım çarxı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, verilişin aparıcılarından olan Rüfət Ağayev ekran işindən və televiziyadan uzaqlaşıb. Buna səbəb aparıcının Amerikaya köçməsidir. O, təhsilini davam etdirmək üçün bir müddət ABŞ-da yaşayacaq.

Onun yerinə isə proqrama aparıcı Fariz İlyasov gəlib. “5-ci element”in digər aparıcıları Kamilə Babayeva, Hüsniyyə Məhərrəmova və Ranar Musayevdir.

Qeyd edək ki, Fariz tamaşaçılara “MAG” verilişindən tanışdır.