Türkiyədə bu telekanallar bağlandı

Türkiyədə bu telekanallar bağlandı
2865 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd gecəsindən sonra Fövqəladə Hal müddətində aparılan əməliyyatların nəticələri davam edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən daha 12 telekanal bağlanıb. Onlar arasında "Hayatın Sesi", "TV 10", "Van TV", "Jiyan TV", "Azadi TV" və "Zarog TV" kanalları var.

Ölkənin ali televiziya qurumu sayılan RTÜK-ün qərarına əsasən, bu telekanallar dövlət əleyhinə fəaliyyət göstərir və terror təşkilatı olan Kürd Fəhlə Partiyasının (PKK) təbliğatını aparır.