Əkizləri təhqir etmək mümkün olmayacaq - "Bunu Tolik öyrətdi"

Əkizləri təhqir etmək mümkün olmayacaq -  "Bunu Tolik öyrətdi"
3178 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevil və Sevinc Səfərovalar İnstaqramın yeni funksiyasından istifadə edərək, şərhlərə qadağa qoyublar.

Əkiz bacılar Axşam.az-a açıqlamasında bildiriblər ki, izləyicilər bəzi tənqidi sözləri artıq onlara yaza bilməyəcəklər:

“Bu funksiyanı bizə Tolik öyrətdi, özü də edib. Şərh bölməsində görünməsini istəmədiyin sözləri yazıb, yaddaşda saxlayırsan. Həmin sözlərin yer aldığı şərhlər artıq səhifəmizdə çıxmır. “İtə oxşayırsan, nə gündəsən, xoşuma gəlmirsən, çirkinsən” kimi sözlərə qadağa qoymuşuq.

Tənqid olar, amma çoxları təhqir edir. Bizim yaradıcılığımızla bağlı fikirlər bildirilməsi maraqlıdır, amma şəxsiyyətimizə nəsə yazılmamalıdır. Şərh bölməsini tamamilə bağlamaq istəmirik. İzləyicilərin mahnılarımız və kliplərimizlə bağlı fikirləri maraqlıdır. Onunla biz hansı işimizin bəyənilib, hansının bəyənilmədiyini başa düşürük”.