“Space” radiosunun yayımı dayandırıldı - yenilənib

“Space” radiosunun yayımı dayandırıldı - yenilənib
1782 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb.

Axşam.az bildirir ki, bu barədə “Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.

Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:

“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, indiyədək ödənilməyib”.
_________

Şirkətdən bildirilib ki, radionun yayımı bir günlük dayandırılıb:

"Bu, bir günlük profilaktikadır. Radionun yayımı dayandırılmayıb".

Qeyd edək ki, Birlikdən borc ödənilməyənə qədər yayımın bərpa edilməyəcəyi bildirilib.