Coli və Pit ayrıldıqdan sonra uşaqlarının ilk fotoları

Coli və Pit ayrıldıqdan sonra uşaqlarının ilk fotoları
4062 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış cütlük Ancelina Coli və Bred Pitin boşanma qərarından sonra uşaqlarının ilk görüntüləri yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Brangelina"nın uşaqları Zahara Marley, Knoks Leon və Vivyen Marçelayn dünən Colinin kirayələdiyi evin həyətində görünüblər.

Dayıları Ceyms Heyvn və bir mühafizəçinin nəzarətində əylənən uşaqlar paparassilərin hədəfinə düşüblər.

Qeyd edək ki, 6 övladı olan cütlüyün boşanma səbəbləri kimi müxtəlif versiyalar səsləndirilir. Onlardan biri isə Pitin uşaqlara qarşı kobud davranışı və Colinin bundan əsəbiləşərək uşaqları özünün böyütməsinə qərar verməsidir.