"Qulağımın dibindən sillə vurdu, pərt oldum" - xalq artistinin xanımı

"Qulağımın dibindən sillə vurdu, pərt oldum" -  xalq artistinin xanımı
5028 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ramiz Novruz həyat yoldaşı ilə tanış olmasından danışıb.

Axşam.az-ın məlumatına görə, ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aktyor bildirib ki, xanımı ilə məktəb illərində tanış olub:

"Məktəbdə tamaşalar qururduq. Mən də həmin tamaşalarda iştirak edirdim. Yoldaşım orada mahnılar oxuyurdu. Beləcə, tanış olduq".

Aktyorun xanımı Xoşavaz Novruzova həyat yoldaşı ilə bağlı bir hadisəni bölüşüb. O, eyni zamanda ilk dəfədir efirə çıxdığını açıqlayıb:

"Universitetə daxil olduğum ərəfədə şəkil çəkdirəndə fotoqraf mənə dedi ki, simanız çox gözəldir. Şəklimin birini də vitrin üçün çəkmək istədi, razılıq verdim. Evə qayıdıb gələndə, Ramiz məndən şəklin taleyini soruşdu. Vitrin üçün şəkil çəkdirdiyimi dediyim anda, qulağımın dibindən bir sillə vurdu. Elə pərt oldum ki... Məni qabağına saldı, getdik fotoqrafın studiyasına. Bütün şəkilləri alıb qayıtdıq.

Onu da deyim ki, ilk dəfədir efirə çıxıram".