Oliqarxın qızı toyuna 20 milyonluq libas geyindi - fotolar

Oliqarxın qızı toyuna 20 milyonluq libas geyindi - fotolar
8583 dəfə oxunub
  • A-
  • A
  • A+
Monakonun Monte-Karlo şəhərində ilin ən möhtəşəm toylarından biri baş tutub.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, çeçen iş adamı Musa Bajayevin 21 yaşlı qızı Elina iş adamı Alixan Mamakayevin 25 yaşlı oğlu Bek Ali Xana ərə gedib.

Gəlin toyda Zuhair Murada məxsus olan 20 milyon rublluq libas geyinib. Lakin gəlinin valideynləri toyda iştirak etməyib. Onlar çeçen adətlərinə görə qız valideyni olaraq toyda iştirak etməyiblər. Dəbdəbəli mərasimdə Elinanın bacısı Maryam onu tək buraxmayıb.

Qeyd edək ki, rusiyalı biznesmen və oliqarx Musa Bajaev mayda 50 yaşını möhtəşəm formada qeyd etməsi ilə gündəmə gəlmişdi.