Ronaldonun təyyarəsi qəzaya uğradı - fotolar

Ronaldonun təyyarəsi qəzaya uğradı - fotolar
5858 dəfə oxunub
  • A-
  • A
  • A+

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun şəxsi təyyarəsi Barselona şəhərində qəzaya uğrayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə “El Prat” hava limanına eniş edərkən yerə çırpılıb.

Qəza zamanı təyyarədə sadəcə ekipaj üzvləri olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Ronaldonun ötən il 15 milyon funt sterlinqə (təxminən 31,6 milyon manat) aldığı təyyarəyə ciddi ziyan dəyib.

Futbolçu isə həmin vaxt “Borussiya Dortmund” ilə səfər matçı üçün Almaniyada olub.

Hava limanı ərazisində təmizlik işləri aparılana qədər uçuşlar təxirə salınıb.