Hülya Avşarın bacısı boşanma səbəbini açıqladı - fotolar

Hülya Avşarın bacısı boşanma səbəbini açıqladı - fotolar
2555 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin fevralında ailə qurduğu Serhan Bora ilə boşanacağını sentyabrın 9-da açıqlayan Helin Avşar ayrılıq səbəbindən danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Hülya Avşarın bacısı Helin, boşanma ərizələrinin məhkəməyə verildiyini və hazırda gözləmədə olduqlarını deyib:

“Bir-birimizə şans verdik. Amma problemləri həll edə bilmədik. Heç kimdə günah görmürəm. İkimizdə də səhvlər var idi. Dost qalaraq ayrılırıq”.

Helin Avşar bildirib ki, evləndikdən sonra azadlığının məhdudlaşdığını hiss etməyə başlayıb və problemlər də buradan yaranıb:

“Mən universitet illərindən bəri tək yaşamışam. İkimiz eyni evdə yaşaya bilmədik. Bəziləri mənə “Kaş ki, uşağınız olsaydı” deyirlər. Amma mən düşünürəm ki, evliliyi xilas etmək üçün uşaq doğmaq düzgün deyil. Çünki əziyyət çəkən hər zaman uşaqlar olurlar”.