Tıxacdan bezib, avtomobilini satdı - fotolar

Tıxacdan bezib, avtomobilini satdı - fotolar
7158 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk aktrisa Hande Ataizi İstanbulda dayanacaq qiymətlərinin yüksək olması və yollarda bitməyən tıxaclar səbəbindən avtomobilini satıb.

Axşam.az “Sabah”a istinadən xəbər verir ki, 43 yaşlı aktrisa artıq metrodan istifadə etməyə başlayıb.

Akstrisa bildirib ki, hazırda özünü çox yaxşı hiss edir:

“Bol-bol gəzərək sağlamlığımı da qoruyuram. İstanbulda metro kimi rahat nəqliyyat vasitəsi olduğu halda avtomobil sürənləri başa düşə bilmirəm”.

Qeyd edək ki, Benjamin Harveylə evli olan H.Ataizi, avtomobili oğlu Leon doğulanda almışdı.