Oktay Kaynarcaya etiraz - Sibel Canın fotosuna görə

Oktay Kaynarcaya etiraz - Sibel Canın fotosuna görə
8327 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni mövsümdə “O səs Türkiyə” yarışmasında münsif olmağa hazırlaşan müğənni Sibel Can, bir yandan da konsertlərinə davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Canın dünən verdiyi konsertə dəvət etdiyi qonaqlar arasında “Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının aktyoru Oktay Kaynarca da olub.

Aktyor, konsertdə müğənni ilə çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşsə də, S.Can fanatlarının etirazı ilə üzləşib. Belə ki, onlar altdan gələn işıq səbəbindən Sibelin yaşlı göründüyünü iddia ediblər və fotonun silinməsini istəyiblər.

Etirazları nəzərə alan O.Kaynarca fotonu silib və daha aydın görünən başqasını paylaşıb.