Meryem Uzerlinin paylaşımı təəccübləndirdi

Meryem Uzerlinin paylaşımı təəccübləndirdi
6021 dəfə oxunub
  • A-
  • A
  • A+

Alp Özcanla sevgi münasibətlərinə davam edən aktrisa Meryem Uzerli, uzun müddətdir Bodrumda tətildə idi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın tətil dönüşündə paylaşdığı status izləyicilərini təəccübləndirib.

“Bəzən bir pəncərədən baxarsan və özünü qorxunc problemlərlə böyük sürprizlərin içində yalnız görərsən”.

Aktrisanın bu statusundan sonra, “Yoxsa ayrılırlarmı?” iddiası gündəmə gəlib.

Qeyd edək ki, M.Uzerli sentyabrın əvvəlində A.Özcanın evlilik təklifini rədd etmişdi. Meryem ona “Bir az da gözləyək, hələ tezdir” deyə cavab vermişdi.