Azərbaycanlı müğənni ikinci dəfə ailə qurubmuş - fotolar

Azərbaycanlı müğənni ikinci dəfə ailə qurubmuş -  fotolar
12076 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəvan Qarayev ikinci dəfə ailə qurubmuş.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə xəbər yayıb.

İki övladı olan Rəvan qızlarının başqa xanımlardan dünyaya gəldiyini bildirib.

İkinci həyat yoldaşının və ilk xanımından dünyaya gələn qızının şəklini paylaşan sənətçi bunları qeyd edib:

“Mənim iki gözəlim: Günayım və Ayanım. Günay, sən mənim gözəl qəlblimsən. Bəylər ikinci dəfə ailə quranda xanım əvvəlki ailəsindən olan uşaqları qəbul etmir, incidir, ya da qəlbini qırır. Ərindən uzaq tutmağa çalışır. Amma sən belə deyilsən. Sən Ayanı heç vaxt ailəmizdən ayırmadın. Hər zaman deyirsən ki, mənim iki qızım var. Xalidəni Ayansız heç yerə aparmırsan, onun hər nazını çəkirsən, onu sevindirmək üçün hər şey edirsən, ona doğma ana qayğısı göstərirsən. Ayan özünü xoşbəxt hiss etsin deyə, çox şeyə göz yumur, mənə dəstək olursan. Sənin yaşın çox azdır, amma həyata baxışın, xanımlığın, ağlın böyükdür”.

Qeyd edək ki, R.Qarayev müğənni Elşad Qarayevin oğludur.