Müğənnilər “Mənim dünyam”da bir araya gəldilər - fotolar

Müğənnilər “Mənim dünyam”da bir araya gəldilər -  fotolar
1669 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında baş tutan tədbir “Mənim dünyam” adlanıb.

Gecədə xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, müğənnilər Nazim (faytonçu), Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov səhnəyə çıxaraq, bəstəkarın mahnılarını səsləndiriblər.

Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə “Şuşanın səsi” instrumental ansamblı müşayiət edib.

Foto: Ramin ASLANOV