"Çörək kəsdiyim adamlar zəng etmədilər" - Şahin Zəkizadə

"Çörək kəsdiyim adamlar zəng etmədilər" -  Şahin Zəkizadə
10971 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ARB TV-nin "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, rejissor bir çoxlarının onun xəstə olmasına inanmadığını bildirib:

"Yeniyetməlik dövrümdə anam süd vəzi xərçəngindən dünyasını dəyişib. Sən nə qədər alçaq olmalısan ki, xəstəlik adı ilə xəstəxanaya girəsən və belə bir oyun qurasan. O cür danışan insan, demək ki, özü elədir. İllərlə çörək kəsdiyim, bir yerdə olduğum adamlar nə zəng elədilər, nə də maraqlandılar".