Bu gün onun 52 yaşı tamam olur - fotolar

Bu gün onun 52 yaşı tamam olur - fotolar
4355 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün dünya şöhrətli aktrisa Monika Belluççinin 52 yaşı tamam olur.
 
Axşam.az-ın məlumatına görə, 1964-cü ildə Umbriya əyalətinin Çita-di-Kastello şəhərində anadan olan aktrisa 1986-cı ildə Peruci universitetinə qəbul olunub. Monika tələbəlik illərində təhsil haqqını ödəmək üçün ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb.

M.Belluççi 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə moda evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib – Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında görünüb...

M.Belluççi 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi şəxslər olub. O, "Matritsa" filminin ikinci və üçüncü hissələrində isə Kianu Rivzlə bir yerdə çəkilib. O, sonuncu "Ceyms Bond" filmində də əsas rollardan birində yer alıb.

1999-cu ildə Monika Belluççi və Vensan Kassel evləniblər. Onların tanışlığı isə 1996-cı ilə təsadüf edir. O zaman Beluççi və Kassel "Mənzilcik" (“L appartement”) filmində çəkiliblər. Evlilikdən 3 il sonra isə onlar "Geridönməzlik" (“Irreversible”) filmində tərəf müqabili olublar. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulub. Cütlük 2013-cü ilin avqustunda boşanıb.