Oktyabra olan hava proqnozu

Oktyabra olan hava proqnozu
1489 dəfə oxunub
  • A-
  • A
  • A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı ilə bağlı məlumat yayıb.

Axşam.az-a daxil olan məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 1-3, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-23 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 9-14 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 12-17, bəzi günlərdə 6-9, gündüzlər 19-24, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 11-16 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 6-8, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacağı gözlənilir.