"10 ildən sonra boşanacağımı düşünmürdüm" - Lətifə

"10 ildən sonra boşanacağımı düşünmürdüm" -  Lətifə
9947 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan müğənni Lətifə Soyuöz şəxsi həyatı haqqında açıqlama verib.

Axşam.az xəbər verir ki, ifaçı ailəsi, boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Bu məsələlərlə gündəmə gəlməyi sevmirəm. Ümumiyyətlə, gizli saxladığım mövzuların mediada işıqlandırılması mənə pis təsir edir. İstəmirdim ki, bunlar üzə çıxsın. Mahnılarım, kliplərim və sənətimlə gündəmə gəlməyə üstünlük verirəm. Heç kim ailə həyatı quranda, bir gün bunun dağılacağını düşünmür. 10 ilin ardından belə olacağını ağlıma gətirmirdim. Düşünürəm ki, Tanrı mənə dərs verir. 2 yaşında oğlum var".

Müğənni keçmiş həyat yoldaşı barədə bunları deyib:

"Yoldaşım mənə qadağa qoymazdı. Nə geyimlərimə, nə konsertə, nə də verilişlərə qarışıb. Mənə güvənirdi, onu aldatmayacağımı bilirdi. Niyə ayrıldığımızı açıqlamaq istəmirəm. Bəlkə də, nə vaxtsa bu haqda danışacağam. İndi onunla dostuq, çünki balamız var. Düşmən ola bilmərik".