Ceyhundan ATV-dəki qüsurla bağlı açıqlama

Ceyhundan ATV-dəki qüsurla bağlı  açıqlama
3496 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin "Xəbərlər" aparıcısı Ceyhun Səfər dünən efirdə yaranmış texniki qüsurla və süjetlərin yayınlanmaması ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, teleaparıcı öz Facebook səhifəsində məsələ ilə bağlı bunları yazıb:

"Dostlar, dünən ATV-nin 20:30 buraxılışında baş verən texniki qüsur hər bir kanalda ola bilər. Bu, qaçılmaz hadisədir. Sığortalanmaq olmaz. Bu heç də yazıldığı kimi "tilsim"ə düşmək deyil. Gördüyünüz bu efir heyətimizlə istənilən texniki qüsura qalib gələ bilərik. Amma bir daha tamaşaçılara təşəkkür edirəm. Çünki daim izlədikləri kanalda xırda bir nasazlıq onları da narahat edir, dərhal maraqlandırır. ATV baxdıqca baxılır. Efirdə texniki qüsur olsa belə. Gələn efirlərimizdə görüşənədək. Bu gün saat 18:00-da da görüşünüzə gələcəm. Siz kanalı dəyişməyin. Çünki dünən baxa bilmədikləriniz bu gün sizin TV-nin ekranına gələcək. Çox sağ olun!".

Qeyd edək ki, dünən ATV-nin xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib.