İlhamə Quliyevanın ölümündən sonra barışdılar - fotolar

İlhamə Quliyevanın ölümündən sonra barışdılar -  fotolar
3841 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Ələkbər Tağıyevə həsr olunan “Mənim dünyam” adlı konsert bir çox maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, gecədə xalq artisti Flora Kərimova ilə əməkdar artist Cavanşir Məmmədov eyni səhnəni bölüşüb.

C.Məmmədov F.Kərimovanın dayısı oğludur. İfaçılar bunu uzun illər hər kəsdən gizlədib. F.Kərimova 2014-cü ildə açıqlamasında C.Məmmədovla qohum olduqlarını, amma danışmadıqlarını bildirib.

“Rəhmətlik anam Cavanşirə çox yaxşılıqlar edib, onu texnikuma düzəldib, çörək qazanmaq üçün hətta ona qarmon da alıb. Əsgərlikdə olduğu zamanı anam generalları qonaq çağırırdı, bunun nəticəsində də  Cavanşir vaxtının yarısını evdə keçirirdi. Ancaq ona çörək verən  bibisinin, onu 2 dəfə türmədən qurtaran  bibisiqızının, yəni mənim anamın yasına 40-ı qurtaran ərəfədə gəldi. Özü də şıq geyinmiş, üzü qırxılmış halda. Sənətdə dünənki, heç kim tərəfindən tanınmayan uşağın mənə dediyi bu oldu: "Bibiqızı, mən sənət adamıyam".  Söhbət 1978-ci ildən gedir” deyə, F.Kərimova açıqlamasında söyləmiş və incikliyini bildirmişdi. 

Hətta bir çoxları onların küsülü olmasına xalq artisti İlhamə Quliyevanın səbəb olduğunu bildirib. C.Məmmədov mərhum İ.Quliyeva ilə çox yaxın dost olduğu üçün F.Kərimova uzun illər onu danışdırmayıb. İ.Quliyeva dünyasını dəyişdikdən sonra onların yaxınlaşması diqqət çəkib.

Ötən gün ifaçılar səhnədə “Şirin arzular” mahnısını duet şəklində səsləndirib.

Foto: Ramin ASLANOV