"İçerde"nin heç danışmayan aktyoru əslində kimdir? - fotolar

"İçerde"nin heç danışmayan aktyoru əslində kimdir? - fotolar
12383 dəfə oxunub
  • A-
  • A
  • A+

İki həftədir reytinq rekordları qıran "İçerde" serialında "Minik" obrazını canlandıran Seyithan Özdemir maraqlı açıqlamalar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialda heç danışmayan Seyithan aktyor olmazdan qabaq mühafizəçi imiş. Boyu 2 metr 5 santimetr olan aktyor ailədə 8 uşağın balacasıdır. Altı ildir İstanbulda yaşayan aktyor barlarda, restoranlarda mühafizəçi kimi danışır.

O, film sektoruna necə gəlməsi haqda bunlıarı deyib.

"Rejissor Tolqa Karaçelik müdirimə zəng vurub, belə bir adama ehtiyacı olduğunu deyib. Görüşdük, danışdıq. Daha əvvəl "Zengin kız, fakir oğlan"da bir seriya çəkilmişdim. Amma bu serialda daha asan idi, çünki heç danışmıram".

Seyithan real həyatda da az danışdığını vurğulayıb. O, simasının fərqli və yaddaqalan olmasını da qeyd edib:

"Öyrəşmişəm. Allahın işidir. Camaatın nə danışdığını da vecimə almıram. Çox tanınmaq istəmirəm. Tanınmış olmaq çətinlik yaradır".