"Biz evliykən başqasından olan uşağını abort etdirib"

"Biz evliykən başqasından olan uşağını abort etdirib"
20739 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar Türkiyənin ən varlı iş adamlarından olan, adı tez-tez maqazin xəbərlərində də çəkilən Emre Matraş indi səfalət dolu həyat yaşayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu yaxınlarda paparassilərin hədəfinə düşən Emre maraqlı açıqlamalar verib.

Matraş hazırda əmisi ilə məhkəməsinin nəticələrini gözləyir. O, bu məhkəməni uduzarsa, intihar edəcəyini bildirib. Anasının 11 lirəlik dərmanını ala bilmədiyini deyən Matraş mərhum atasına aid əntiq əşyaları da satıb.

13 illik həyat yoldaşı, iki uşağının anası Hale Kaleşdən 2010-cu ildə boşanan Emre keçmiş xanımı haqda bunları deyib:

"Haleylə biz ayrıldıqdan sonra qızlarımın yaşadığı evə başqa bir adamın girməsini istəmədiyimi söyləmişdim. Amma daha sonra öyrəndim ki, hətta mənimlə ailəli olan zaman başqasının uşağını abort etdirib. Ayrıldıqdan sonra bir kişi ilə futbol izləməyə gedərkən fotoları çəkilmişdi, haqlarında başqa xəbər yazılmasın deyə, məndən kömək istəmişdi. Amma öyrəndim ki, həmin kişi mən Haleylə evli olan zaman onunla görüşürmüş".

O, digər keçmiş xanımı, qızı Masalın anası Yeşim Erçetin üçün də açıqlama verib:

"Yeşim televiziyaya çıxıb ona pul vermədiyimi demişdi. Tamamilə yalandır. Qızıma görə onunla görüşürəm".

E.Matraş ümidsiz olduğunu deyib:

"200 min dollarlıq avtomobillər sürürdüm, indi metro kartını dolduracaq pulum yoxdur. Digər sərnişinlərdən istəyirəm".