Məşhur türk serialının fanatlarına pis xəbər

Məşhur türk serialının fanatlarına pis xəbər
7926 dəfə oxunub
  • A-
  • A
  • A+

İzlənmə rekordları qıran "Diriliş Ertuğrul"un üçüncü mövsümünü gözləyən izləyicilərə daha pis xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın oktyabrın ilk həftəsində başlayacağı deyilsə də, rejissor Mehmet Bozdağın yeni açıqlaması hər kəsi kədərləndirib.

O, serialın deyilən vaxtdan daha gec ekrana gələcəyini bildirib:

"Bizdən asılı olmayan səbəblərə görə, işimizi dəqiqliklə etdiyimiz üçün bu mövsüm bir-iki həftə gecikəcəyik. Buna görə izləyicilərimizin bizi başa düşəcəklərinə ümid edirik. Oktyabrda görüşəcəyik".