Müğənniyə silahlı hücum edilməsi xəbəri yayıldı

Müğənniyə silahlı hücum edilməsi xəbəri yayıldı
2548 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Orhan Gencebayın silahlı hücuma məruz qalması xəbərləri yayılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisənin dünən gecə baş verdiyi iddia edilir. İfaçının həyat yoldaşı Sevim Emre bu barədə yazılanlara münasibətini bildirib:

"Belə şey yoxdur. Bu xəbəri oxuyanlar bizə zəng vurur, amma belə hücum olmayıb. Hazırda evdəyik və sağlamlığımız da qaydasındadır. Xahiş edirik belə xəbərlərə etibar etməyin".

O.Gencebay isə "Mən həyatım boyunca heç kimə düşmənlik bəsləmədim və mənim də düşmənim yoxdur" deyib.