Muradın həyat yoldaşı qayıdır

Muradın həyat yoldaşı qayıdır
10531 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Merve Boluğur ekranlara qayıdır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir gənclik serialında oynamağı qəbul edən aktrisanın tərəf müqabili Gizem Karaca olacaq.

Keçən il Murad Dalkılıçla ailə quran Merve "Möhtəşəm yüz il"dəki rolundan 2 il sonra ilk dəfə bir serialda görünəcək.

Qeyd edək ki, bu müddətdə o, reklam çəkilişlərində iştirak etsə də, film və seriallardan gələn heç bir təklifi qəbul etməmişdi.