Sevda futbolçu ilə klipini təqdim etdi: "Hələ belə şey olmamışdı"

Sevda futbolçu ilə klipini təqdim etdi: "Hələ belə şey olmamışdı"
7103 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva yeni klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, "Milli mətbəximiz" adlı mahnıya çəkilmiş klipdə Sevdanın tərəf müqabili Azərbaycan futbol yığmasının üzvü Ruslan Abışovdur.

Tədbirdə çıxış edən Sevda təəssüratlarını qonaqlarla bölüşüb:

"Bu mahnı özbək musiqisidir. Sözlərini Leyli Erol yenidən yazıb. Dünya ulduzları belə layihələr edirlər, idmançılarla bir araya gəlirlər. Bizdə hələ belə şey olmamışdı, onu da mən elədim. Mahnının aranjimanı Cavid Cavadoğluna aiddir. Rejissor Anar Hüseynovun hazırladığı klipin hər kəs tərəfindən seviləcəyinə inanıram. Klipdə məqsədimiz Azərbaycan mətbəxini təqdim etməkdir. Ruslanla işləmək çox asan və xoşdur. Onunla illərin dostuyuq".

R.Abışov isə S.Yahyayevadan başqa heç bir müğənni ilə tərəf müqabili olmayacağını bildirib.

Xatırladaq ki, R.Abışov 5 il əvvəl S.Yahyayevanın "Gecdir daha" mahnısının klipində də yer almışdı.