Bakıda “Payız palitrası”

Bakıda “Payız palitrası”
518 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 14-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi- Kapelhausda “Payız palitrası” adlı rəsm sərgisi açılacaq.

Axşam.az xəbər verir ki, artıq 6-cı dəfə təşkil olunacaq sərgidə müxtəlif yaşlı fırça ustalarının payız ruhlu rəngarəng əl işləri nümayiş olunacaq.

İki gün davam edəcək sərgidə, həmçinin əsərlərin satışı da təşkil ediləcək. Sərgidə bütün sənətsevərlər iştirak edə bilər.

Qeyd edək ki, festival sözügedən məkanda ildə iki dəfə təşkil olunur.