“Eurovision” qaydalarında dəyişiklik edildi

“Eurovision”  qaydalarında dəyişiklik edildi
1042 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” mahnı müsabiqəsinin şərtlərində əsaslı dəyişikliklər edilib.

Axşam.az xəbər verir ki, buna səbəb Türkiyə də daxil olmaqla,  bəzi ölkələrin sözügedən müsabiqəyə qatılımaqdan imtina etməsi olub. Avropa Yayım Birliyi (EBU) bu səbəbdən ciddi araşdırma aparmaq məcburiyyətində qalıb.  Müsabiqənin icraçı direktoru Yan Ola Sand 2014-cü ildən etibarən bəzi dəyişikliklərin ediləcəyini təsdiqləyib: “Hər ölkənin milli seçim turlarında münsif kürsüsündə əyləşənlərin kimliyi ilə maraqlanacağıq və finalda hər jürinin hansı ifaçıya nə qədər səs verdiyi açıqlanacaq”.

Bundan başqa şəffaflığın təmin edilməsi üçün tamaşaçı səsləri də açıq şəkildə nümayiş etdiriləcək. Müsabiqənin rəsmi saytı vasitəsilə ölkələrin səslərinin paylanması anbaan izlənilə biləcək və etirazlarlar olarsa, şikayət mərkəzinə göndəriləcək.

Xatırladaq ki, 2014-cü ildə yarışmaya Danimarka ev sahibliyi edəcək.