Xarici qonaqlar Bakıda belə gəzdi

Xarici qonaqlar Bakıda belə gəzdi
2489 dəfə oxunub
  • A-
  • A
  • A+

“Dostluq körpüsü” layihəsi çərçivəsində Bakıya gələn tanınmışlar - Tacikistandan Təhminə Niyazova, Qazaxstandan Alişir Karimov, Kubadan Emiliya Morales ötən gün Heydər Əliyev Mərkəzini gəziblər.

Axşam.az-ın məlumatına görə, mərkəzdə əcnəbi qonaqlar üçün Ulu Öndər Heydər Əliyevin siyasi-ictimai fəaliyyəti barədə geniş söhbət aparılıb. Qonaqlara eləcə də mərkəzdə yer alan eksponantlar haqda tanışlıq məlumatları verilib.

Daha sonra qonaqların Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagird kollektivi ilə görüşü keçirilib. Qonaqlar məktəblə yaxından tanış olduqdan sonra şagirdlərin çıxışından ibarət musiqi nömrələri dinləyiblər. Kubalı Emiliya Morales də öz növbəsində səhnədə şagirdlər üçün akapella mahnı ifa edib. Qonaq hətta kövrələrək Azərbaycana olan vurğunluğunu ifadə edib.

Qeyd edək ki, qonaqları görüşlər boyunca "12 May" Şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb, əməkdar artist Aybəniz Haşımova və başqaları müşayiət ediblər.

Görüşlərin ardından qonaqlar axşam Tovuz rayonuna yola düşüblər. Xatırladaq ki, bu gün onlar Tovuzda yerləşən "N" saylı hərbi hissələrin birində konsert proqramı ilə çıxış edəcəklər. Hərbçilərlə görüşdə millət vəkili Qənirə Paşayeva da iştirak edəcək. Axşam saatlarında isə Bakıya qayıdacaqlar.