Azərbaycanda Türkiyə mədəniyyəti günləri keçiriləcək

Azərbaycanda Türkiyə mədəniyyəti günləri keçiriləcək
832 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur.

Axşam.az-ın məlumatına görə, tədbirin aprel və ya may ayının sonunda gerçəkləşəcəyi gözlənilir.
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşaviri Əhməd Seyyid Arslan mətbuat nümayəndələri ilə görüşündə məlumat verib.

Müşavir Türkiyədə turizmin müxtəlif növlərinin inkişafına böyük önəm verildiyini deyib. Qardaş ölkə turizmin Azərbaycanda inkişaf etdirilməsinə də töhfə verir. Azərbaycan Turizm İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən proqram çərçivəsində türkiyəli mütəxəssislər hotel xidməti ilə bağlı təcrübələrini bölüşüblər. Ötən il Türkiyə Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə tərəfdaş ölkə olaraq qatılıb.

Bu il Türkiyə turizminin Azərbaycanda tanıtım kampaniyasına mart ayının 15-də start veriləcək.