“Nar bağı”nın çəkilişləri başladı

“Nar bağı”nın çəkilişləri başladı
1610 dəfə oxunub
  • A-
  • A
  • A+

İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filminin çəkilişlərinə start verilib.

Axşam.az xəbər verir ki, dram janrında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhadov, Həsən Ağayev və digərləri canlandırırlar.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilir.