Cecelinin azərbaycanlı müğənni ilə “Gizli sevgi"si

Cecelinin azərbaycanlı müğənni ilə “Gizli sevgi"si
3536 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl şəhərimizin qonağı olan türkiyəli müğənni Mustafa Cecelinin sənətçi Röya ilə birlikdə yayılan fotolarının səbəbi ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, iki tanınmışın bir araya gəlməsinə səbəb Mustafanın Bakıda baş tutacaq konsertdə duet oxumaları olub.

ATV telekanalında yayımlanan “Onlar” verilişinə müsahibə verən Ceceli və Röya “Gizli sevgi” mahnısını səsləndirəcəklərini bildiriblər.

Röya Mustafa ilə işbirliyini konsertdən sonra da davam etdirəcəklərini deyib:

“Sözləri Calal Qurbanova, musiqisi Ramala aid olan “Gizli sevgi”ni birlikdə oxuyacağıq. Bu mahnı Mustafanın da ürəyincə oldu. Əlbəttə ki, bu onun konserti olacaq. Sadəcə mənimlə istədiyi bir neçə bəstəni duet kimi səsləndirəcəyik.

Mustafanın sənətini hər zaman bəyənmişəm. Bundan sonra da oxuyacağım mahnılarda onun imzası olacaq. O, Türkiyədə sözünü demiş, sevilən bir ifaçıdır”.

Mustafa çox fərqli bir duet alınacağını iddia edib:

“Mənim üçün də fərqli bir iş olacaq. Röyanı çox bəyənirəm. İnanıram ki, duetin öhdəsindən gələ bilərəm”.

Qeyd edək ki, M.Ceceli Bakıda Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan  “Beynəlxalq Kikboksinq” turniri çərçivəsində keçirilən konsertdə çıxış etmək üçün şəhərimizə gəlib.

Türkiyəli sənətçi oktyabrın 11-da "Fire land" prodakşının təşkilatçılığı ilə Heydər Əliyev Sarayında konsert verəcək.