CultNews.az təqdim olundu - fotolar

CultNews.az təqdim olundu - fotolar
331 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” - www.CultNews.az layihəsinə yekun vurub.

Axşam.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən tədbirdə millət vəkilləri, nazirliyin rəsmiləri, QHT və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ATMU-nun rektor əvəzi Eldar Aslanov açaraq sözügedən mövzunun müasir dünya çağırışlarına adekvat olduğunu vurğulayıb. Ölkəmizin 25 illik müstəqillik dönəmində kifayət qədər uğur əldə etdiyini söyləyən E.Aslanov milli-mədəni dəyərlərin təbliğində İKT resurslarının yaradılmasının vacib olduğunu deyib.

Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək layihənin aktual mövzuya həsr olunduğunu bildirib. S.Abbasov informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb:

“İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də tarixlərini dünya tarixi irsinə daxil etmiş olur. Eyni zamanda öz turizm imkanlarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşluğu və ciddi tələbatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsini təklif etdi. Başda nazirimiz Əbülfəz Qarayev olmaqla layihəmizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.

İlkin mərhələdə iki ay davam edən layihə çərçivəsində yaradılan internet resurs mərkəzinin uzunmüddətli fəaliyyəti nəzərdə tutulub.

Eyni zamanda işğal altında olan torpaqlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az resurs mərkəzində yerləşdirilməsini təmin etdik. Biz sosial şəbəkələrin bütün mümkün imkanlarından istifadə edərək təbliğat işlərini aparırıq və bu proses bugün də davam edir”.