Aktyorlarımız mükafatlandırıldı - fotolar

Aktyorlarımız mükafatlandırıldı -  fotolar
651 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları – Anar Seyfullayev və Elgün Yəhyayev diploma layiq görülüblər.

Axşam.az-ın məlumatına görə, diplom Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi” gənc işçilər üçün kompleks proqramı çərçivəsində təqdim edilib. 

Proqram çərçivəsində aktyorları “Bizim sizə ehtiyacımız var” layihəsi əsasında “AHİK-də ictimai reklam” blokuna müraciət edərək reklam çarxı hazırlayıblar. Çəkilən reklam çarxı çox böyük maraqla qarşılanıb.